Baron Solemaxer — meşə çiyələyi

Giləmeyvələr

Bu çiyələk təbii növdür və remontant giləmeyvələrdəndir. Yəni, ilin bütün isti fəsillərində məhsul verir. Eyni vaxtda üzərində həm çiçəyi, həm tumurcuğu, həm də giləmeyvəsi olur. Giləmeyvələrin ölçüsü kiçik olsa da, çox dadlıdır. Karamel dadını xatırladan bu çiyələk onu dadan bütün insanlar tərəfindən sevilməkdədir. Daşınabilmə göstəricisi çox aşağıdır. Hətta onu yığarkən belə əldə əzilir. Bu səbəbdən giləmeyvələri satış üçün əlverişsiz olsa da, şəxsi istifadə üçün çiyələksevərlər bundan öz həyətlərində olmasını istəyirlər.

Bu çiyələyin toxumundan və ya şitilindən əldə etmək istəsəniz, bizə müraciət edə bilərsiniz.

662 dəfə cəmi, 1 dəfə bu gün baxılıb

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *