«Ostara» çiyələyi

Giləmeyvələr

Salam, dostlar. Remontant çiyələklər içərisində tanış olduğumuz və bəyəndiyimiz növlərdən biri də Ostara çiyələyidir. Bu çiyələk ətrinə, dadına görə çoxları tərəfindən bəyənilmişdir. Eləcə də məhsul verməsinə görə. Demək olar ki, qışda da çiçəkləyir. Amma havanın soyuq olmasına, çiçəklərin şaxta vurmasına və tozlana bilməməsinə görə qışda meyvələri olmur. Buna baxmayaraq, havalar istiləşən kimi ilk məhsullarını dadmaq mümkündür. Demək olar ki, yazın əvvəlindən payızın sonuna qədər giləmeyvələrindən dadmaq mümkündür. Daşına bilməsi zəifdir. Yəni, çox saxlamaq və uzağa aparmaq üçün məqsədəuyğun deyil. Ancaq dadlı meyvələrindən yemək üçün və bişirmək üçün çox əla çiyələk növüdür. Onu hətta dibçəklərdə də yetişdirə bilərsiniz.

Dibçəkdə yetişdirməyin üstünlüklərindən biri də odur ki, qışın soyuğundan qoruya və soyuq günlərdə də məhsulundan dadmağa imkanınız olur. Bu da xüsusilə soyuq aylara düşən bəzi bayram günlərində sevdiklərinizi sevindirmək üçün əla fürsət ola bilər.

Çiyələk şitillərindən, toxumlarından, eləcə də digər meyvə və tərəvəzlərin şitil və tozumlarından əldə etmək üçün müraciət edə bilərsiniz. Bacardığımız qədər köməklik edərik.

736 dəfə cəmi, 1 dəfə bu gün baxılıb

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *